“Xəzər Lənkəran”ın sabiq futbolçusu seçilmişlər sırasında
18.07.2012 - 17:49
“Xəzər Lənkəran”ın sabiq futbolçusu seçilmişlər sırasında
Belarusun “Minsk” klubu 2 ildən sonra qeyd edəcəyi 60 illik yubileyinin təntənəli qeyd olunması ilə bağlı ilk addımı indidən atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin tarixinin ən yaxşı futbolçularının siyahısı müəyyənləşib. 60 illik ərəfəsində tarixin 60 ən yaxşı oyunçusu seçilib.

Seçilmişlər sırasında Azərbaycan futbolsevərlərinə tanış ad da var. Bu, “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Sergey Pavlyukoviçdir. 38 yaşlı müdafiəçi 60 ən güclü sırasında qərarlaşıb. 2006/07 mövsümünün ikinci yarısında ölkəmizə gələn, yarım il oynadığı komanda ilə Azərbaycan çempionu və kubokunun qalibi olan belaruslu karyerasını bu yaxınlarda bitirib.

Qeyd edək ki, “Minsk” ötən il Avropa Liqasında AZAL klubu ilə qarşılaşıb və təmsilçimizi I təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb.