“Xəzər Lənkəran” jurnalistlər üçün avtobus təşkil edir
18.07.2012 - 18:08
"Xəzər Lənkəran" Avroliqanın II təsnifat mərhələsi çərçivəsində "Lex”lə (Polşa) sabah Lənkəranda keçiriləcək oyununu tribunadan izləmək istəyən jurnalistlər üçün avtobus təşkil edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, avtobus Bakıdan Lənkərana və oyundan sonra geriyə hərəkət edəcək. O, sabah saat 11:00-da "Gənclik" metro stansiyasının yanından cənub şəhərinə yola düşəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lex” oyunu saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lex” oyunu saat 20:00-da başlayacaq.
0
0