Mariuş Rumak: “Lex”i yalnız qələbə maraqlandırır - MÜSAHİBƏ
18.07.2012 - 20:50
“Lex” klubunun baş məşqçisi Mariuş Rumak az öncə mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, polşalı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la sabahkı oyunu öncəsi fikirlərini açıqlayıb.
- Lənkərana səfəriniz necə alındı?
- Gecikdiyimiz üçün üzr istəyirik. Yolun bu qədər uzun çəkdiyini bilmirdik. Yol bizim üçün çətin və uzun keçdi. Uçuşla bağlı problem olmadı. Problem ancaq Bakıdan Lənkərana gəlməyimiz idi. Ancaq hər şey plan üzrədir. Oyuna hazırıq.
- Azərbaycanın yolları yaxşıdı, yoxsa Qazaxıstanın?
- Azərbaycan və Qazaxıstan tam başqa ölkələrdi. Fikrimcə, buranın havası daha yaxşıdı.
- “Jetısu” və “Xəzər Lənkəran”ı müqayisə edəndə, hansı fərqləri qeyd edərdiniz?
- Sizin komandanın futbolçuları daha texnikalıdır. Lənkərandakı stadion da daha yaxşıdır. Burda oynamaq daha yaxşı olacaq.
- Sabah müdafiə, yoxsa hücum futbolu oynayacqsız?
- Biz bura 4 hücumçu ilə gəlmişik. Oyunun gedişi zamanı hər şeyi dəyişə bilərik.
- “Xəzər Lənkəran”la oyunların nəticələri baş məşqçi postundakı fəaliyyətinizə təsir edə bilərmi?
- Bu sualı mən yox, rəhbərlik cavablandıra bilər.
- Rəqib haqda məlumatınız çoxdur?
- Bilirəm ki, yaxşı texnikaya malik futbolçuları var. Onu da bilirəm ki, milli komandanın bəzi üzvləri “Xəzər Lənkəran”da oynayır.
- Şansları necə dəyərləndirərdiniz?
- Məni yalnız qələbə maraqlandırır.

0
0