AZAL qisasını “Kartalspor”dan aldı
18.07.2012 - 22:13
AZAL qisasını  “Kartalspor”dan aldı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan 2 futbolçudan imtina edib. Apasport.az saytının xəbərinə görə, çalışdırıcı koreyalı hücumçu Kim Sun Yunu və rumıniyalı xavbek İonit Floriçanı bəyənməyib.

Sadıqov onları srağagün Səudiyyə Ərəbistanın "Najran" klubu ilə yoxlama oyununda (0:1) sınayıb. Amma futbolçuların səviyyəsi baş məşqçini qane etməyib. Hücumçu axtarışlarını davam etdirən AZAL hazırda Litva və Şotlandiyadan olan forvardları sınayır.

Bu günsə AZAL daha bir sınaq matçı keçirib. Hazırlıq başlayandan Türkiyə superliqasında çıxış edən "Antalyaspor"a 0:2 hesabıyla uduzan, "Mersin İdman Yurdu"na 2:1 qalib gələn "təyyarəçilər" srağagün "Najran"a yenilginin acığını aşağı dəstə təmsilçisindən çıxıb. Belə ki, "Kartalspor"la oyunda Bronislav Arsenyeviç, Junior Nildo və Viktor İbekoyinin vurduğu qollar təmsilçimizə 3:0 hesablı qələbə gətirib.