“İnter”in hədəfindəki ukraynalı
18.07.2012 - 23:12
"Bavariya"nın yarımmüdafiəçisi Anatoli Timoşşuk karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, ukraynalı futbolçu ilə "İnter" yaxından maraqlanır.
Milan təmsilçisi yeni mövsümün startına qədər 33 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Tərəflər arasında razılıq əldə olunarsa, Timoşşuk yeni mövsümdən "İnter"in şərəfini qoruyacaq. Lakin ukraynalı futbolçu "Bavariya"da qalmaq istədiyini bildirib.
Qeyd edək ki, Ukrayna millisinin futbolçusu ötən mövsüm "Bavariya"nın heyətində 34 oyun keçirib.

0
0