Zlatan İbrahimoviç rəsmən PSJ-də!
18.07.2012 - 23:09
"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin PSJ-yə keçidi artıq rəsmiləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə Paris klubunun idman direktoru Leonardo məlumat verib.
Leonardo isveçli forvardın transferinin artıq tamamlandığını bildirib: "Zlatan İbrahimoviçin transferini tamamladıq. Artıq tariximizi o yazacaq".
Xəbəri təsdiqləyən 30 yaşlı futbolçunun meneceri Mino Rayola isə bu haqda belə danışıb: "Zlatan da daxil olmaqla hər kəs çox xoşbəxtdi. Parisin gözəl bir şəhər olduğunu söyləmək üçün artıq daha bir səbəbimiz var".
Dünən İbrahimoviç tibbi yoxlamadan keçdikdən sonra yeni komandası ilə rəsmi müqavilə imzalayıb. 3 illik sənədə qol çəkən isveçli hər il 12,5 milyon avro qazanacaq.

0
0