“Simurq” 2 futbolçudan imtina etdi
19.07.2012 - 08:27
“Simurq” 2 futbolçudan imtina etdi
Zaqatalanın "Simurq" klubu 2012/13 il mövsümünə hazırlıq çərçivəsində Avstriyada növbəti məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fitnes zalında tapşırıqları yerinə yetirilib. Məşqin sonunda isə yüngül qaçış və iki tərəfli oyunla hazırlıqlar tamamlanaraq, futbolçulara istirahət verilib.

“Simurq”un düşərgəsində baxışda olan legioner futbolçulardan ikisinin taleyinə aydınlıq gəlib. Sloveniyalı mərkəz müdafiəçisi Milan Andelkoviç və slovakiyalı qapıçı Darko Brljak baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilməyərək geri göndərilib.