Əhmədov komandaya qoşuldu
19.07.2012 - 08:39
Əhmədov komandaya qoşuldu
“Qarabağ” Boluda 2-ci məşqini keçirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu dəfə də tam heyətlə hazırlıq keçə bilməyib. Günün ilk məşqində fərdi çalışan Hacı Əhmədov bu dəfə kollektiv çalışmalarda iştirak edib. Amma səhər məşqində yüngül zədə alan Rəşad Sadıqov və Rauf Əliyev məşqi kənardan seyr etməli olub. Komanda bu gün səhər yüngül çalışma yerinə yetirəcək və axşam “Tavşanlı Linyitspor”la oyuna yollanacaq.