“İnter”in sabiq baş məşqçisi prezident olmaq istəyir
19.07.2012 - 09:13
Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anatoli Konkov federasiya prezidenti olmaq istəyir. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis Ukrayna Futbol Federasiyasının rəhbəri postuna namizədlər sırasındadır. Belə ki, Peşəkar Futbol Liqasının Mərkəzi Şurası Konkovun bu posta namizədliyini irəli sürüb.
2004-cü ilin yayından 2006-cı ilin martına qədər ölkəmizdə çalışan mütəxəssis özünü bu posta layiq bilir: “Özümü real olaraq Ukrayna Futbol Federasiyasının prezidenti postunda görürəm. Bu vəzifədə necə işləməyi də çox yaxşı bilirəm”.

0
0