Ya “Simurq”, ya “Beroe”
19.07.2012 - 10:43
Ya “Simurq”, ya “Beroe”
Zaqatalanın “Simurq” klubunun düşərgəsində olan bolqarıstanlı futbolçu Miroslav Antonov daha bir təklif alıb. Apasport.az saytının məlumatına görə, baxışda olan hücumçu karyerasını vətənində davam etdirmək variantını da götür-qoy edir. Belə ki, “Beroe” komandası Antonovun xidmətində maraqlıdır. “Simurq”da bəyənilməyəcəyi halda Miroslav Stara-Zaqora təmsilçisinə keçəcək.