Makedoniya yığmasının hücumçusu “Xəzər Lənkəran”da
19.07.2012 - 11:00
Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Lex”lə (Polşa) ilk oyuna çıxacaq “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir legioner gəlib. Apasport.az saytının məlumatına görə, hücumçu transfer etmək istəyən “ağ-yaşıllar” Makedoniya yığmasının üzvü Filip Petkovskini heyətinə cəlb edib.
1990-cı il təvəllüdlü futbolçu 2009-cu ildən 21 yaşlılardan ibarət Makedoniya yığmasına cəlb olunur. Karyerası vətəninə bağlı olan Filip 2009-2012-cin illərdə “Rabotniçki”də 31 qarşılaşmada 2 qol vurub.
2010/11 mövsümündə II liqa təmsilçisi “Tıkveş”ə icarəyə verilən 1,90 metr boya malik hücumçu 6 matçda 1 dəfə fərqlənib. Petkovski bu ildən məxsus olduğu həmin klubda 8 oyunda 10 qol vurub.
Amma Petkovskinin “Xəzər Lənkəran”a keçidi baş tutmaya da bilər. Belə ki, cənub təmsilçisi polşalılarla oyundan sonra 2 günlük istirahətə çıxacaq. Ardından Bakıda bir araya gələcək Yunis Hüseynovun komandası “Lex”lə cavab matçına hazırlaşacaq ki, bu vaxt ərzində Petkovskinin özünü doğruldacağı inandırıcı deyil.

0
0