Azərbaycan yığması ilə oyun öncəsi Panama ilə sınaq
19.07.2012 - 11:52
Azərbaycan yığması ilə oyun öncəsi Panama ilə sınaq
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması daha 2 yoxlama oyununda rəqibini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, rəqibimiz avqustun 15-də Panama yığması ilə yoldaşlıq görüşü keçirəcək. Bu matç Portuqaliyanın Faro şəhərində keçiriləcək. Portuqaliyalılar noyabrın 14-də isə ölkəsinin Librevil şəhərində Qabon yığması ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız növbəti seçmə mərhələdə ilk səfər oyununu sentyabrın 11-də səfərdə Portuqaliya yığması ilə keçirəcək.