Novruz Əzimov onu görmədi
19.07.2012 - 12:59
Novruz Əzimov onu görmədi
2012/13 mövsümündə ilk baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasındakı uğursuz çıxışdan sonra “Bakı” rəhbərliyi Novruz Əzimovu istefaya göndərib.

Bununla da Əzimovun təxminən 4 aylıq baş məşqçiliyinə son qoyulub. O, vəzifəsindən kənarlaşdırılanadək komandasını cəmi 17 oyuna çıxarıb. Bu matçların 10-u çempionat, 5-i kubok, 2-si Avrokubok görüşü olub.

Çalışdırıcı bu postda 9 qələbəyə sevinsə də 10-u görmədi. Hərçənd Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın zəif “Mura” klubunu udmaqla buna nail olmaq olardı.

Çempionat1050515-1415
Kubok54018-312
Avropa liqası20110-21
 1791723-1928