“Bakı”da 9-cu baş məşqçi
19.07.2012 - 14:13
“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviç klub tarixinə 9-cu çalışdırıcı kimi düşüb. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə adını “Dinamo”dan “Bakı”ya dəyişməklə yeni tarixə başlayan komandanı serbiyalıya qədər 8 baş məşqçi çalışdırıb. Daha 4 halda isə komandanı meydana baş məşqçi əvəzi kimi çıxarıblar.
Rəsmən baş məşqçi təyin olunan əvvəlki 8 mütəxəssisdən 4-ü yerli, 4-ü əcnəbi mütəxəssis idi. Bandoviç bu balansı legionerlərin xeyrinə dəyişdi.
Uğursuzluq səbəbindən postundan kənarlaşdırılan Əzimov isə Elxan Abdullayevdən sonra ikinci baş məşqçi oldu ki, bu vəzifədə yarım ildən də az duruş gətirib. Fəaliyyəti təxminən 4 ay sürən çalışdırıcı həmkarından 1 ay çox bu postda qalıb.
Qeyd: * - Novruz Əzimov, Məqsəd Yaqubəliyev, Nazim Süleymanov bir oyunda komandanı meydana baş məşqçi əvəzi kimi çıxarıb. Cüneyt Biçər isə baş məşqçi vəzifələrini daha uzun müddət icra edib.
** - texniki nəticələr oyun sayında nəzərə alınsa da top fərqinə salınmayıb. Belə matçların ikisi Əsgər Abdullayevin, biri Vinfred Şaferin, biri Aleksandr Starkovun dövrünə təsadüf edib. İki matçda bakılılara qələbə, ikisində məğlubiyyət verilib.
*** - kubok, avrokubok və Birlik kubokunda əlavə vaxt təyin olunan qarşılaşmaların 120 dəqiqəsinin nəticəsi nəzərə alınıb. Penaltilər seriyaları cədvəldə əks olunmayıb.

| N | Baş məşqçi | Tarix | o | q | h | m | x | |||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | Elxan Abdullayev | İyun - avqust 2004 | 1 | 0 | 0 | 1 | 0 | - | 2 | 0 |
| * | Novruz Əzimov | Avqust 2004 | 1 | 1 | 0 | 0 | 2 | - | 0 | 3 |
| 2 | Əsgər Abdullayev** | Avqust 2004 - aprel 2006 | 63 | 37 | 18 | 8 | 99 | - | 31 | 129 |
| 3 | Böyükağa Hacıyev | Aprel 2006 - sentyabr 2007 | 50 | 31 | 11 | 8 | 70 | - | 27 | 104 |
| 4 | Qyoko Hacıyevski | sentyabr 2007 - sentyabr 2009 | 69 | 36 | 17 | 16 | 127 | - | 60 | 125 |
| * | Nazim Süleymanov | sentyabr 2009 | 1 | 0 | 0 | 1 | 0 | - | 1 | 0 |
| 5 | Bülənt Korkmaz | Sentyabr 2009 – fevral 2010 | 27 | 13 | 9 | 5 | 34 | - | 19 | 48 |
| * | Məqsəd Yaqubəliyev | Mart 2010 | 1 | 0 | 1 | 0 | 1 | - | 1 | 1 |
| * | Cüneyt Biçər | Mart - may 2010 | 10 | 5 | 3 | 2 | 13 | - | 7 | 18 |
| 6 | Vinfred Şafer | Iyun 2010 – yanvar 2011 | 22 | 9 | 5 | 8 | 29 | - | 22 | 32 |
| 7 | Aleksandr Starkov ** | Yanvar 2011 - mart 2012 | 40 | 14 | 13 | 13 | 37 | - | 36 | 55 |
| 8 | Novruz Əzimov | Mart 2012 - iyul 2012 | 17 | 9 | 1 | 7 | 23 | - | 19 | 28 |
| 9 | Bojidar Bandoviç | İyul 2012-... |

0
0