“Lex”in əsas qapıçısı və tribunada olacaq futbolçusu müəyyənləşdi
19.07.2012 - 14:20
“Lex”in Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bugünkü səfər oyununda meydana çıxacaq qapıçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Poznan təcrübəli qapıçı Kristofer Kotorovskinin start heyətində meydana çıxmağa nəzərdə tutulub. Son günlərdə zədəsi olan polşalının problemi onun Lənkərandakı matçdan kənarlaşdırmaq üçün yetərli olmayıb.
Bununla da 3 qapıçı daxil olmaqla 19 futbolçu ilə gələn rəqib gənc qapıçı Aleksandr Vandzeli iştirak ərizəsinə daxil etməyəcək. “Lex”in oyunu tribunadan izləyən yeganə futbolçusu məhz o, olacaq. Poznan klubu qapıda Jasmin Buriçə də güvənə bilər.
Qeyd edək ki, Kotorovski bundan əvvəl “Lex”in heyətində UEFA kubokunda “Xəzər Lənkəran”a, Çempionlar Liqasında “İnter”ə qarşı oynayıb.

0
0