“Lex”i Lənkəranda 31 nəfər dəstəkləyəcək
19.07.2012 - 15:51
“Lex”i Lənkəranda 31 nəfər dəstəkləyəcək
“Lex” klubu Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bugünkü səfər matçında azarkeş dəstəyindən məhrum olmayacaq. Apasport.az saytının məlumatına görə, Poznan klubunu oyununun keçiriləcəyi “Fırtınalar meydanı”nda 31 tərəfdarı olacaq. Lənkəranda 15 min azarkeş tutumu olan stadionunun dolacağı gözlənilir ki, bu, I təsnifat mərhələsindəki matçda olmuşdu.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın bunadək evdə oynadığı Estoniyanın “Nomme Kalyu” ilə 2:2 hesablı bərabərliyə qalmışdı.