“Dalğa Arena” - düşərli məkan
19.07.2012 - 17:38
“Dalğa Arena” - düşərli məkan
Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubunu qəbul edəcək “İnter” Azərbaycan klubları üçün düşərli məkanda oynayacaq. Apasport.aaz saytının məlumatına görə, bu matç “Dalğa arena”da 4-cü avrokubok oyunumuz olacaq. Əvvəlki 3 oyunda qonaqlar qələbəyə həsrət qalıb. Təmsilçilərimiz 2 qələbə və 1 heç-heçə ilə yanaşı qapılarını toxunulmaz da saxlaya bilib.

Belə ki, “siftə”ni qolsuz heç-heçə ilə qeyd edən “Bakı” Sloveniya “Mura”sını yenə bilməmişdisə, “İnter” və “Neftçi” qalib gəlmişdi. Onlar müvafiq olaraq Estoniya “Trans”ını 2 və Gürcüstan “Zestafoni”sini 3 cavabsız qolla məğlub etmişdi.