UEFA “Xəzər Lənkəran” üçün münasib rəqiblər seçdi
19.07.2012 - 17:02
UEFA “Xəzər Lənkəran” üçün münasib rəqiblər seçdi
“Xəzər Lənkəran”ın Avroliqanın III təsnifat mərhələsinə keçərsə, potensial rəqibləri konkretləşib. Apasport.az saytının məlumatına görə, UEFA səpələnmişlər arasında yer verdiyi “Xəzər Lənkəran” – “Lex” (Polşa) cütünün “Slovan” (Slovakiya) – “Videoton” (Macarıstan), “Əskişəhərspor” (Türkiyə) – “Sent-Conson” (Şotlandiya), “Yuvaskulya” (Finlandiya) - "Zeta" (Çernoqoriya), "Jalgiris" (Litva) - "AdmMoldinq" (Avstriya), AİK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə yanaşı, Kiprin “Omoniya” klubu ilə düşə biləcəyini açıqlayıb.

Göründüyü kimi, lənkəranlıların potensial rəqibləri arasında aşkar güclü komanda yoxdur və demək olar hamısı münasib rəqiblərdir. Bu da cənubluların reytinqi yüksək olan “Lex”ə görə səpələnmişlər arasına düşməyi ilə bağlıdır.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lex” cütünün III mərhələdə rəqibi sabahkı püşkatmada bilinəcək.