"Tailandda əsl həzz aldım" – MÜSAHİBƏ
19.07.2012 - 18:00
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo Tailand televiziyasına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ında oynayan dünyanın ən bahalı futbolçusu bu ölkədə istirahətindən, komandasında ötən mövsüm və yığmasının Polşa ilə Ukraynada keçirilən Avropa çempionatında çıxışından danışıb.
- Siz gərgin futbol mövsümündən sonra Tailandı seçdiniz. Məyus olmadınız?
- Mənim tətilim mükəmməl keçdi. Tailandda 12 gün oldum və əsl həzz aldım. Fantastik iqlim, yaxşı qida. Yerli əhali və xidməti personalı mənə qarşı çox mehriban və diqqətcil idi. Mən şadam ki, məhz bura yollandım. Şübhəsiz ki, Tailand dünyada indiyə kimi ola bildiyim yerlər arasında ən gözəl yerdir.
- Bu müddətdə hansı adalara baxdınız?
- Burada çoxlu adalar var. Biz Ceyms Bondun adasında, Pxi-Pxidə olduq. Orada Leonardo Di Kaprionun filimin çəkilişi gedirdi... İnanılmaz təəssüratlardır. Su çox istidir. Mən razı qaldım və yenidən bura qayıtmaq istəyirəm.
- Biz bəzi şəkillərinizi görə bildik ki, orada ailənizlə birgə balıq tutursunuz. Yaxşı ovdur?
- Bu, həqiqətdir ki, biz balıq ovunda olduq. Burada elə cürbəcür balıqlar var. Burada keçirilən vaxt çox xoşuma gəldi.
- Keçək futbola. Avropa çempionatında niyə penalti zərbəsini vurmağa sonuncu qərar verdiniz?
- Siz İspaniya ilə oyunu nəzərdə tutursunuz? Belə qərara alındı. Mən dərhal “Bavariya” ilə Çempionlar Liqasının oyununu xatırlayıram. Onda oyun zamanı penaltini dəqiq vurdum, ancaq oyun sonrası seriyasında yox. Yığmada nöqtəyə sonuncu yaxınlaşmağı qərara aldım. Axı hər şey baş verə bilərdi. Həmişə soruşuram ki, niyə 1-ci, 2-ci, yaxud 3-cü vurmursan? Bu, sadəcə, həmin vaxt qəbul olunan qərar idi. Hər şey özünü necə hiss etməyindən asılıdır.
- Həmin axşam özünüzü necə hiss edirdiniz?
- Mənim pis hissiyyatım vardı. Sirr deyil ki, penalti lotereyadır. Bu zaman həmişə ən yaxşı komanda qalib gəlmir.
- “Real”da ən parlaq anınız hansıdır?
- Hələ ki bu İspaniya çempionatında qələbədir. Mənə elə gəlir ki, bu, ən çətin çempionatda qazanılan uğurdur. “Barselona” da çox çətin rəqibdir. Ancaq biz onları 9 xal qabaqlaya bildik ki, bu, inanılmazdır.
- Ötən mövsüm neçə qol vurdunuz?
- İspaniya çempionatında 46. Bütün yarışlarda...Ah, hətta bilmirəm.

0
0