Yunis Hüseynov: Adrian Pit o vəziyyətdə fərqlənə bilsəydi...
19.07.2012 - 21:13
Yunis Hüseynov: Adrian Pit o vəziyyətdə fərqlənə bilsəydi...
“Oyun gərgin keçdi. Düzdü, rəqib top saxlayırdı, amma qapımıza cəmi 1 zərbə vuruldu. O da qolla nəticələndi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Lex”lə ilk oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında komandasından razı qaldığını bildirib.

“Uşaqlar vuruşdular. Yalnız son anlarda dəqiq ola bilmirdilər. Adrian Pit o vəziyyətdə fərqlənə bilsəydi, hesab başqa cür ola bilərdi. Komanda getdikcə daha yaxşı oynayır. Gələn qarşılaşmada bundan da yaxşı oynayacağıq”.

Hüseynov qeyd edib ki, mərhələ keçmək ümidini hələ də itirmir: “Baxışda olan futbolçumuz da var. Onu da sınaqdan keçirəcəyik. Çalışırıq problemləri həll edək. Düzdü, adi vəziyyətlərdən top buraxırıq. Çalışıb səfərdəki qarşılaşmada bunu təkrarlamamalıyıq. Gəlin etiraf edək ki, “Lex” də güclü komandadır”.