Sxadadze yunanlarla oyundan danışdı
19.07.2012 - 22:32
Sxadadze yunanlarla oyundan danışdı
“Asteras”la qarşılaşmanın ilk hissəsində komandamızın oyunu alınmadı. Fasilədən sonra hücuma atıldıq, bir neçə qol imkanımız da oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə ilk oyunundan (1:1) sonra matç haqda fikirlərini açıqlayıb: “Lakin nə Hacıyev, nə də Kandelaki bu imkandan yararlana bildi. Komandamız hesabı açsa da, heç nədən qol buraxdıq. Bundan sonra futbolçular sanki ruhdan düşdü. Xüsusilə hücümda çatışmazlıqlar oldu. Taktiki səhvlərimiz olmadı. Futbolçularımızda inamsızlığı növbəti görüşdə aradan qaldırmalıyıq”.