“İnter”ə qarşı düzgün oynadıq”
19.07.2012 - 22:45
“İnter”lə oyuna az qala 1 ay hazırlaşmışdıq. Bu, qarşılaşmaya böyük önəm verməyimizlə bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə Bakıdakı oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Avrokuboklardakı debütümüzdə uğurlu nəticə istəyirdik. Bakıya qələbə üçün gəlmişdik. Lakin alınmadı. Hərçənd taktiki cəhətdən düzgün oynadıq. İndi hər şey cavab oyunundan asılıdır. Çalışacağıq ki, meydan amilindən yararlanıb mərhələ keçək”.

0
0