“Rəvan”ın Türkiyədə məğlubedilməzliyi davam edir
20.07.2012 - 08:46
“Rəvan”ın Türkiyədə məğlubedilməzliyi davam edir
“Rəvan” Türkiyədəki hazırlıq prosesində 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, türkiyəli Cevat Gülərin baş məşqçisi olduğu komanda I liqada çıxış edən yerli “Gözətəpə” ilə 0:0 hesablı bərabərliyə qalıb. Bununla da türkiyəli çalışdırıcı yenə həmyerliləri dueldən qolsuz heç-heçə ilə ayrılıb. Belə ki, “Rəvan” bundan öncə Superliqa təmsilçisi “Karabükspor”la bu nəticəyə qalmışdı.

Qeyd edək ki, hələ ki qardaş ölkədə məğlubedilməz olan bakılılar ilk yoxlama oyununda Səudiyyə Ərəbistanın “Najran” klubuna 2:1 hesabı ilə qalib gəlmişdi.