Yenə ofsaydsız
20.07.2012 - 10:25
Yenə ofsaydsız
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Xəzər Lənkəran” – “Lex” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Polşa təmsilçilərinin oyununda lənkəranlılar daha üstün olub. 1:1 hesabı ilə bitən qarşılaşmada cənublular həm qapı istiqamətində, həm çərçivəyə zərbələrdə, həm də künc zərbələrində güclü olub. Maraqlıdır ki, Yunis Hüseynovun yetirmələri “Nomme Kalyu” ilə Estoniyadakı oyunda olduğu kimi yenə ofsayda düşməyib.

Xəzər Lənkəran Lex
1Qollar1
7Qapıya zərbələr4
12Qeyri-dəqiq zərbələr6
19Zərbələr10
5Künc zərbələri4
0Oyundankənar vəziyyət1
13Qayda pozuntuları16
4Sarı vərəqələr3
0Qırmızı vərəqələr1