Xəlifə “İnter”in oyununu tribunadan izləyəcək - FOTO
20.07.2012 - 11:30
Avroliqanın II təsnifat mərhələsində “İnter”in rəqibi “Asteras” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Bakıda ilk matçda heç-heçə (1:1) edən Tripoli təmsilçisi seneqallı müdafiəçi Xəlifə Şankarla anlaşıb.
1,90 sm boya malik 28 yaşlı müdafiəçi “Asteras”la 1 illik müqavilə imzalayıb. O, bunadək son 2 ildə “Volos” və “Aris”də oynadığından Yunanıstan Super Liqasına yaxşı bələddir.
O, yeni komandasında 19 nömrəli formanı geyinəcək. Ancaq Xəlifə bu mərhələ üçün sifariş olunmadığından “İnter”lə iyulun 26-da keçiriləcək cavab matçını tribunadan izləyəcək.

0
0