“Lex”in qapıçısı: Biz yağışda daha yaxşı oynadıq
20.07.2012 - 11:48
“Oyunun əvvəli bizim üçün yaxşı alınmadı. Çünki erkən qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Lex”in qapıçısı Jasmin Buriç deyib. Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la 1:1 hesablı bərabərliklə nəticələnən səfər oyununun artıq 4-cü dəqiqəsində Branimir Subaşiçdən qol buraxan polşalı əlcək sahibi həmin anda komanda yoldaşlarından narazı qalıb: “Cərimə meydanında rəqibi boş buraxdıq və topu oradan çıxa bilmədik. Buna görə də bir-birimizə qarşı bir az gileyimiz var. Bəli, yağış yağırdı və bu zaman biz daha yaxşı oynadıq. Hesabı tez bərabərləşdirə bilərək, oyunu bu nəticə ilə başa vurduq”.
0
0