Adrian Pit lənkəranlı azarkeşlərdən üzr istədi
20.07.2012 - 13:12
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Adrian Pit Avropa Liqasının II təsnifat mərhələsinin “Lex”lə (Polşa) ilk oyunundan (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran” niyə qələbə qazana bilmədi?
- İlk növbədə havanın oyun vaxtı dəyişməsini qeyd etməliyəm. Çünki yağış yağdıqdan sonra buxarlanma baş verdi. Özümüzü yaxşı hiss etmirdik. Bu da meydanda hərəkət etməyimizə mane olurdu. Digər tərəfdən qol buraxmağımız da bizim üçün əlverişsiz oldu. Çünki rəqib hesabı bərabərləşdirdikdən sonra üzərimizdə təzyiq hiss edirdik.
- Birinci hissədə sizin fərqlənməyə borcu olduğunuz epizodu qaçırmağınızı oyunda dönüş nöqtəsi hesab etmək olarmı? Çünki həmin hücumundan dərhal sonra topu oyuna daxil edən rəqib hesabı bərabərləşdirdi.
- Razılaşıram, həmin anda qapıya yol tapsaydım, hesab tam başqa cür olacaqdı. Azarkeşlərdən də buna görə üzr istəyirəm. Həqiqətən də çox məyusam. Həmin an oyunda dönüş nöqtəsi oldu.
- Meydandakı “Lex” oyunu ilə sizi təəccübləndirmədi?
- “Lex” tarixi olan komandadır. Onların da yaxşı stadionu, çılğın azarkeşləri var. Amma bu günkü oyun onu göstərdi ki, biz mərhələ adlaya bilərik. Yəni həm burdakı, həm də səfərdəki oyunda qələbə qazanmaq mümkündü. Rəqibin hansı gücə malik olması haqda deyil, öz oyunumuzu meydanda necə ortaya qoya biləcəyimiz haqda düşünürdük.
- “Xəzər Lənkəran”ın avrokuboklarda indiyə qədər öz meydanında qələbə qazana bilməməsini nə ilə izah edərdiz?
- Biz də çox istəyirik ki, doğma meydanda uğur qazanaq, azarkeşlərimizi sevindirək. Amma görünür, çox istəkli olmağımızdandır ki, hələ buna nail ola bilmirik.
- Azarkeşlərin komanda üzərində təzyiqi ola bilərmi?
- Əslində, biz oyuna yaxşı başlamışdıq. Sadəcə, erkən qol vurmağımız hardasa rahatlaşmağımıza gətirib çıxardı. Həm azarkeşlərin təzyiqi, həm də havanın bu cür olmasının da təzyiqi var.
- Cavab oyununda əsasən nəyə diqqət yetirmək vacibdir?
- Oradakı oyun çox gözəl ot örtüyü olan stadionda keçiriləcək. Dəfələrlə həmin meydanda oynadığıma görə, bunu deyə bilərəm. Səfərdə mütləq qol vurmalıyıq.
Əks təqdirdə işimiz çətin olacaq, daha doğrusu, mübarizəni dayandırmalı olacağıq.
- “Nomme Kalyu” ilə müqayisədə “Xəzər Lənkəran” bu dəfə daha yaxşı çıxış etdi. Amma fasilədən sonra yenə yorğunluq öz sözünü dedi. Belə çıxır ki, komanda 90 dəqiqə oynamağa hazır deyil.
- İkinci hissədə yaşananları fiziki hazırlıqla bağlamazdım. Burada psixoloji hazırlığı ön plana çəkmək istəyirəm. “Nomme Kalyu”ya qarşı da pis oynamamışdıq. Sadəcə, bu dəfə ikinci qolu vura bilmədik. Bunu bacarsaydıq, oyun fərqli hesabla bitəcəkdi. Amma fiziki baxımdan komanda 90 dəqiqə oynamağa hazırdır. “Lex”lə oyunun ikinci hissəsində yorğun görünməyimiz həm yağışın yağması, həm də meydanın yaxşı vəziyyətdə olmaması ilə bağlıdır.
- Səfərdə sərfəli nəticə qazanacağınıza ümidiniz varmı?
- Buna komanda şəklində inanırıq. Əgər inam olmasa, bunu öhdəsindən gəlməyimiz mümkün deyil. Həm də bəxt amili də az rol oynamır.

0
0