Radomir Todorov: Həmin epizodda təmiz penalti var idi - MÜSAHİBƏ
20.07.2012 - 15:05
“Xəzər Lənkəran”ın futbolçusu Radomir Todorovun apasport.az saytına müsahibəsi
- “Lex”lə oyun haqda nə düşünürsünüz?
- Komandamız bu matçda yaxşı oyandı. Erkən qol da vurduq. Lakin təəssüf ki, polşalıların cavabı tez gəldi.
- Rəqibin hesabı tez bərabərləşdirməsinin səbəbi nə idi?
- Hesabı açan kimi “Lex” də irəli atıldı. Özünüz bilirsiniz ki, Poznan təmsilçisi necə güclü komandadır. Lakin biz onlardan da yaxşı oynadıq.
- “Xəzər Lənkəran”ın bu oyunda qalib gəlməsinə nə mane oldu?
- İlk qoldan sonra fərqi artırmalı idik. Bunun üçün imkanlarımız da oldu. Ən azı 2 dəfə fərqlənə bilərdik. Birincisi Adrian Pitin qaçırdığı epizod. Ardınca isə hakim penalti verməli idi.
- Əllə oyun olan epizodu deyirsiniz?
- Bəli. Sadio Tounkaranın hava ötürməsindən sonra top rəqibin əlinə dəymişdi. Oyundan sonra da komanda yoldaşlarımla bunu müzakirə etdik. Təmiz penalti idi.
- Hakim səhvindən danışdız. Ümumilikdə hakimlik barədə nə düşünürsünüz?
- Həmin anda hesab 1:0 idi. Penalti verilsəydi fərqi artıracaqdıq. Lakin hakim orada səhv etdi. Amma ümumilikdə götürəndə qarşılaşmanı normal idarə etdi. Başqa səhvi olmadı.
- Cavab oyunu ərəfəsində şansları necə qiymətləndirirsiniz?
- Məncə şanslar 50-nin 50-yədir. Düzdür, 1:1 hesabı qənaətbəxş nəticə deyil. Amma “Lex” Lənkəranda qol vura bilirsə, biz də bunu Poznanda edə bilərik. “Nomme Kalyu” ilə evdəki heç-heçədən sonra çoxları bizim səfərdə qalib gələcəyimizə inanmırdı. Lakin biz Estoniyada qalib gəldik. Niyə bunu bu dəfə etməyək?

0
0