“Lex”i keçsək, növbəti rəqibi də asanlıqla yenəcəyik”
20.07.2012 - 16:39
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Avropa Liqasının III təsnifat mərhələsinin püşkünün nəticəsinə münasibət bildirib. Nadirov Lent.az-a açıqlamasında hələlik AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütü barədə düşünmədiklərini söyləyib.
Onun sözlərinə görə, hazırda əsas məqsədləri Polşa “Lex”ini mübarizədən kənarlaşdırmaqdır: “Biz ilk növbədə, Polşa komandasını üstələməliyik. “Lex”i keçə bilsək, AİK – “Hafnarfyordur” cütünün qalibini də yenmək asandır”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avroliqanın II təsnifat mərhələsində “Lex”lə ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1. AİK - “Hafnarfyordur” matçı da eyni hesabla nəticələnib. Cavab görüşü iyulun 26-da olacaq.

0
0