“Qəbələ” “Rad”la qarşılaşacaq
20.07.2012 - 18:21
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı üçüncü rəqibin adı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda iyulun 21-də Serbiya təmsilçisi “Rad” (Belqrad) ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Qeyd edək ki, Paytaxt Belqradı təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.
Qeyd edək ki, Paytaxt Belqradı təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.
0
0