Türkiyədə Azərbaycan dueli
21.07.2012 - 09:10
Türkiyədə Azərbaycan dueli
Boluda hazırlıqlarını davam etdirən “Qarabağ”ın sınaq matçı üçün növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri Türkiyədə təlim-məşq toplanışında olan AZAL-la qarşılaşacaq.

Qonşu ölkədə Azərbaycan dueli bu gün yerli vaxtla 17:30-da başlayacaq. Qarşılaşma Boludakı “Koru” otelinin meydançasında keçiriləcək.