Rahid Əmirquliyev: Polşaya qələbə üçün gedirik
21.07.2012 - 09:25
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Avropa Liqasının II təsnifat mərhələsinin “Lex”lə (Polşa) qarşılaşmasından (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Oyunla bağlı nə deyə bilərsiz?
- Nə deyim? Hər şey ortadadır. İzləyənlər necə oyun getdiyini gördülər. Rəqib zəif komanda deyildi. Bir neçə real şansımız oldu, istifadə edə bilmədik.
- Qarşılaşmanın əvvəlində güclü yağışın yağması oyununuza hansısa mənfi təsir göstərdimi?
- Məncə, elə də ciddi təsir etmədi. Ancaq gərək yaratdığımız epizodları dəyərləndirəydik. Belə komandalarla oyunlarda real şans az olur. Ona görə də boşa vermək olmaz.
- Maraqlıdır ki, Azərbaycansayağı künc nöqtəsi zamanı hamı topun üstündən tullandı. Bəs zərbəni kim vurmalı idi?
- Zərbəni əvvəlcədən Ruslan Abışovun vuracağı müəyyənləşmişdi. Lakin son anda top rəqib müdafiəçinin ayağına dəydi.
- İkinci hissədə sönük təsir bağışlamağınızı nə ilə izah edərdiz?
- Bu yorğunluqla bağlı deyildi. Sadəcə, rəqib müdafiəyə çəkilmişdi. Belə olan halda, onların arxa xəttini yarmaq çətin idi.
- “Nomme Kalyu” ilə Lənkərandakı oyunda da qollu heç-heçə oldu, amma cütün taleyini səfərdə həll etdiniz. Analoji vəziyyət yenidən təkrarlana bilərmi?
- Biz səfərə qələbə qazanmaq üçün çıxacağıq. İnşallah, bunun da öhdəsindən gələrik.
- Artıq rəqibi daha yaxşı tanıyırsız və nəyə qadir olduğunu bilirsiz. Sərfəli nəticə qazanacağınıza inanırsızmı?
- Əlbəttə, inanırıq.
- Polşa təmsilçisinin üstünlüyü nədə idi?
- Kollektiv futbol oynayırlar. Amma keçmək olar.
- Ehtiyatdakı futbolçuların zəif olması oyununuza təsir edirmi?
- Onlar komandanı gücləndirə biləcək səviyyədədirlər elə buna görə komandada saxlayırlar.

0
0