“Lex” UEFA-ya şikayət edib?
21.07.2012 - 09:41
"Lex" Bakıdan "Xəzər Lənkəran"a gedərkən problemlərlə üzləşmələri barədə xəbərlərə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Polşa mətbuatı dünən "Lex"in nümayəndələrinin Bakı aeroportundan Lənkərana köhnə avtomobillərlə aparıldığı, buna görə Poznan klubunun nümayəndələrinin hətta UEFA nümayəndəsinə şikayət etdiyini yazıb.
Hazırda Lənkəran şəhərində olan "Lex"in mətbuat xidmətinin rəhbəri Coanna Dzios isə bu məlumatları təkzib edib: "Biz UEFA-ya müraciət etməmişik. Ümumiyyətlə, bunun üçün heç bir əsas da yoxdu. Çünki burada heç bir problemlə üzləşməmişik, əksinə, bizə göstərilən diqqətdən, buradakı şəraitdən razı qalmışıq. Biz Lənkəranda olmaqdan çox məmnunuq. Bir sözlə, "Xəzər Lənkəran" klubunun təşkilatçılığından heç bir narazılığımız yoxdu. Bizə köhnə maşın ayırılması barədə iddialara gəlincə, mən bu xəbərləri təkzib edirəm. Çünki bizim nümayəndələri Lənkərana köhnə "Mercedes" yox, BMW X5 avtomobili gətirib".
Klub rəsmisi Polşadan birbaşa Lənkərana deyil, Bakı aeroportuna enmələri haqda isə deyib: "Bizim birbaşa Lənkərana getməyimiz yalnız texniki tərəfdən mümkün olmayıb".
Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da danışıb: "Yayılan xəbərlər hamısı şayiədi. "Lex" klubunu ən yüksək səviyyədə qarşılamışıq. Xüsusi olaraq, klub rəsmilərinə Lənkərana gəlmək üçün X5 avtomobilləri ayrılıb. "Lex"ə hətta formalarını gətirmək üçün də ayrıca maşın verdik. Özləri də göstərilən diqqətə görə bizə təşəkkürlərini bildirdilər".
Bu arada bəlli olub ki, "Lex" hazırda ciddi maliyyə problemi yaşayır. Polşa mətbuatının yaydığı xəbərə görə, iyunun 30-da Poznan klubunun sponsoruyla müqaviləsi başa çatıb. Hazırda komandanı heç bir şirkət himayə etmir. Son mövsümdə komandanın gəliri də çox az olub. Maliyyə problemi səbəbindən "Lex" son mövsüm bitəndən sonra aparıcı futbolçusu olan Artem Rundnievanı satıb, Semir Stiliç, Qjeqoj Vojtkoviak, Marçin Kikut və Dmitri İnjas isə komandanı tərk edib.
"Ekspressfutbol" qəzeti

0
0