Mariuş Rumak: Növbəti mərhələdə kimin qarşılaşacağını demək tezdir
21.07.2012 - 10:04
Mariuş Rumak: Növbəti mərhələdə kimin qarşılaşacağını demək tezdir
“Biz bu həftə çox uzun yol qət etmişik, təxminən 20 min km məsafə. Bu heç də yaxşı deyil”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Lex” klubunun baş məşqçisi Mariuş Rumak deyil.

Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibinin çalışdırıcısı püşkatmaya münasibət bildirib. Azərbaycandan vətəninə 1:1 hesablı bərabərliklə dönən gənc çalışdırıcı III təsnifat mərhələsi barədə düşünməyin tez olduğunu deyib: “Püşkün nəticəsinə əsasən bizim cütün qalibi növbəti mərhələdə AİK (İsveç) - "Hafnarfyordur" (İslandiya) duelinin güclüsü ilə qarşılaşacaq. Lakin III təsnifat mərhələsində kimin qarşılaşacağını demək tezdir. Bizim “Xəzər Lənkəran”la qarşıda cavab oyunumuz var. Hələ ki, bütün diqqətimizi bu matça yönəltməliyik. Bundan – ikinci matçın nəticəsindən sonra rəqib barədə nəsə demək olar. İsveç və İslandiya təmsilçisi isə Azərbaycan klubundan fərqli, Skandinaviya futbolu oynayır. Bunun üçün də onların hansı ilə qarşılaşmağımız ciddi fərq etməyəcək”.

Qeyd edək ki, “Lex” – “Xəzər Lənkəran” oyunu iyulun 26-da olacaq.