Ruslan Abışov: Baş məşqçinin işinə qarışmaq istəmirəm - MÜSAHİBƏ
21.07.2012 - 14:47
"Xəzər Lənkəran"ın futbolçusu Ruslan Abışov Avroliqanın ikinci təsnifat mərhələsinin "Lex"lə oyunundan (1:1) sonra Korner.az-ın Lənkərana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarını bilmək istərdik...
- Məqsədimiz yalnız qələbə qazanmaq idi. Ancaq alınmadı. Hesabı biz açsaq da, sonda istədiyimiz nəticəni qazana bilmədik. Bu oyunu unudub, cavab matçına hazırlaşmalıyıq.
- Qələbə qazanmağınıza nə mane oldu?
- İnanırsız, heç özüm də səbəbini bilmirəm. Biz qələbəyə çox can yandırdıq, ancaq bir səhvimiz sonda qol buraxmağımıza səbəb oldu. Gərək bu səhvləri Polşadakı cavab oyununda etməyək. Yoxsa bu dəfə də bizə baha başa oturacaq.
- Matçı idarə edən hakimlər haqda nə deyərdiz?
- Hakimlik haqda nə deyim. Pis idarəçilik olmadı. Hakim oyunun nəticəsinə təsir edə biləcək bir səhv etmədi.
- "Xəzər Lənkəran" hesabı açdıqdan sonra güclü yağış yağmağa başladı. Bunun sizin oyununuza nə kimi təsiri oldu?
- "Lex"in istədiyi havadır - soyuq və yağış. Əslində, heç bir bəhanə axtarmaq lazım deyil. Biz də yağışda oynadıq, onlar da. Sadəcə, Pit ikinci qolu vursaydı, o zaman başqa bir nəticə olardı.
- "Xəzər Lənkəran" transfer bazarında çox passivlik göstərir. Yeni transferlər olsaydı, bu gün başqa nəticə qazanmaq olardı?
- Mən istəmirəm baş məşqçimizin işinə qarşım. Yaxşı olar ki, bu haqda özündən soruşasız.
- Polşadakı cavab oyunu haqda nə düşünürsüz?
- Burdakı oyunumuzu Polşada göstərə bilsək, yaxşı nəticə qazana bilərik. Ümidimizi itirməmişik və şansımız var. "Lex"lə səfər oyununa yalnız qələbə üçün gedirik. Bizə rəqib meydanında qol vurmaq vacibdir. İnşallah, bunu edə biləcəyik.

0
0