Litva millisinin hücumçusu rəsmən AZAL-da
22.07.2012 - 23:00
AZAL Türkiyə toplanışında heyətini gücləndirməyə davam edir. Apasport.az saytının xəbərinə görə, paytaxt klubu dünən növbəti transferini rəsmiləşdirib. Belə ki, "təyyarəçilər" Litva millisinin hücumçusu Andryus Velikça ilə müqavilə imzalayıblar. Onunla ikiillik razılıq əldə olunub.
Maraq üçün bildirək ki, Veliçka 1979-cu ildə anadan olub. O, peşəkar karyerasına 1996-cı ildə "Kaunas"da başlayıb. 2008-ci ilə qədər bu komandada 166 oyuna çıxıb, 89 qola imza atıb. Amma 2002-ci ildə Rusiyanın "Anji" (5 oyun, 1 qol), 2003-cü ildə Qazaxıstanın "İrtış" (12 oyun), 2006-2008-ci illər aralığında isə Şotlandiyanın "Midlotian" klubunda icarə əsasında forma geyinib (47 oyun, 19 qol). 2008-ci ildə Veliçka "Vikinq"ə transfer olunub.
Amma burada cəmi 18 oyun keçirdikdən (6 qol) sonra elə həmin il digər Danimarka klubu "Randers"ə keçib. 2008-2011-ci illərdə bu komandada cəmi 8 oyun keçirib, 4 qol vuran futbolçu 2009-2010 mövsümünü icarə əsasında "Bristol Siti" klubuna keçib - (1 oyun). 2010-2011 mövsümündə onu "Aberdin" icarəyə götürüb (6 oyun, 1 qol). AZAL-ın yeni forvardının son iş yeri isə "Ekranas" olub. Bu komandada 43 oyuna 17 qol vurub.
1998-ci ildən bəri Litva millisinə çağırılan futbolçu yığmada 25 oyun keçirib, 2 qol vurub.

0
0