“Rəvan”dan biabırçılıq
22.07.2012 - 23:36
“Rəvan”dan biabırçılıq
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Rəvan" dünən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirdi. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin baş məşqçisi Güler Cavad yetirmələrini "Əskişəhərspor"la görüşdə sınadı.

Türkiyə superliqasında çıxış edən bu komanda hazırda qardaş ölkənin Avropa Liqasındakı təmsilçilərindən biridi. Çexiyanın "Slovan" (Liberets) komandasından gələn Radek Deynekin də sınandığı görüşdə "Rəvan" qonşu ölkədə ilk məğlubiyyətini aldı - 0:4.

Xatırladaq ki, "Rəvan" ilk matçında Səudiyyə Ərəbistanının "Najran" klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Türkiyənin "Karabükspor", eləcə də "Göztəpə" klubları ilə görüşlərdə isə hesabı açılmamışdı - 0:0. Təmsilçimizin növbəti rəqibi isə daha bir superliqa təmsilçisi "Bucaspor" olacaq. Matç iyulun 25-də baş tutacaq.