“Simurq”un baxışa çağırdığı futbolçu “Lokomotiv”də
23.07.2012 - 10:46
“Simurq”un baxışa çağırdığı futbolçu “Lokomotiv”də
Zaqatalanın “Simurq” klubunun baxışdan keçirdiyi bolqarıstanlı futbolçu Daniel Peyevin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bəyənilməyərək geri qaytarılıb. Peyev əvvəllər də oynadığı Sofiya “Lokomotiv”inin düşərgəsinə dönüb.

Qeyd edək ki, “Simurq” baxışa çağırdığı digər bolqarıstanlı Miroslav Antonovu da bəyənməyərək geri qaytarmışdı.