“Birlik kuboku”nun qalibi “Sumqayıt”da
23.07.2012 - 11:29
“Birlik kuboku”nun qalibi “Sumqayıt”da
“Sumqayıt” daha bir qapıçını heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, Anar Məhərrəmov mövsümlərarası fasilədən “İnter”dən Sumqayıtın eyniadlı təmsilçisinə keçən 2-ci qapıçı oldu. Belə ki, bunadək Səlahət Ağayev komandaya gəlmişdi. “Bankirlər”in əvəzedici heyətinin qapıçısı, ötən il “Birlik kuboku”nu qazananda əsas komandanın heyətində olan Anar “Sumqayıt”ın Türkiyədəki hazırlığına qatılıb.

Qeyd edək ki, “Sumqayıt”ın yay fasiləsində aldığı daha bir qapıçı “Neftçi”dən Elçin Sadıqov olub.