“Lex”in oyununa giriş pulsuzdur
23.07.2012 - 11:51
“Lex”in oyununa giriş pulsuzdur
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubu bu gün yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, iyulun 26-da keçiriləcək cavab oyunu ərəfəsində Poznan təmsilçisi Kipr təmsilçisi “Olimpiakos”la qüvvəsini sınayacaq. Bu gün baş tutacaq yoxlama oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyuna giriş pulsuz olacaq.