“Xəzər Lənkəran”ın legionerləri üçün “yaşıl işıq”
23.07.2012 - 12:36
“Xəzər Lənkəran”ın legionerləri üçün “yaşıl işıq”
“Xəzər Lənkəran”ın legionerləri Robert Alvizlə Sadio Tounkara Avroliqada Polşanın “Lex” klubu ilə cavab oyununda meydana çıxa biləcəklər. Peşəkar Futbol Liqasının rəsmisi Məlik Həsənov apasport.az saytına açıqlamasında Lənkərandakı matçda turnirdə 2-ci sarı vərəqələrini alan bu futbolçuların cəzalı duruma düşmədiklərini bildirib. Belə ki, bunadək avrokuboklarda 2 sarı vərəqə alan futbolçu cəzalı olurdusa, indi vəziyyət fərqlidir: “UEFA-nın reqlamentində vərəqələrlə bağlı dəyişiklik edilib. Belə ki, daha 2 sarı vərəqə futbolçu növbəti oyunu buraxmalı olmur. Artıq təsnifat mərhələsində 3 sarı vərəqə alan futbolçu cəzalı olur. Növbəti cəza 5-ci sarı vərəqədən sonradır. Qrup mərhələsində də 3-cü, 5-ci, 7-ci və 9-cu sarı vərəqədən sonra futbolçu növbəti matçı buraxmalıdır”.