“Gərək birinci “Lex”i keçək, sonra bu haqda danışarıq” – MÜSAHİBƏ
23.07.2012 - 14:22
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- “Lex”lə evdəki 1:1 hesablı nəticədən sonra komandanızda əhval-ruhiyyə necədir?
- Hələ ki yaxşıdır. Səfərə hazırlaşırıq.
- Polşaya çarter reysi ilə səfərinizdə yubanma olduğundan, axşam yollanmalı olacaqsınız. Bunun səbəbini nədir?
- Bilmirəm gecikmənin səbəbi nə ilə bağlıdır. Ancaq axşam uçası olduq.
- Bu, futbolçularda yorğunluqla bağlı təsir göstərəcəkmi?
- Yox. Otelə qayıtmışıq, futbolçular istirahət edəcəklər, axşam da səfərə çıxacağıq.
- Komandanızdakı hazırkı vəziyyət sizi nə dərəcədə qane edir?
- Normal vəziyyətdir. Futbolçulardan narazılığı deyiləm. Yaxşı əhval-ruhiyyələri var və belə vəziyyətdə oyuna hazırlaşırıq.
- Təbii ki, Polşaya qələbə, mərhələ keçmək dalınca gedirsiniz. Bunu nə dərəcədə real sayırsınız?
- Reallıqda şanaları 50-nin 50-yə sayıram. Hər halda, qələbə ümidimiz, inamımız var.
- Ümumiyyətlə, evdəki 1:1 hesabını avrokuboklar üçün necə nəticə sayırsınız?
- Belə turnirdə mübarizə oyundan ibarət olur. Keçən mərhələdə də evdə heç-heçə etmişdik. Onda matçımız 2:2 hesablı bərabərliklə nəticələnsə də, səfərdə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adladıq. İndi də evdə 1:1 oynamışıq, bilmək olmaz. Sadəcə, oynamaq, vuruşmaq lazımdır.
- Bəlkə hələ ki qalib gəlməyin evdə yox, səfərdə alındığına görə daha çox ümidlisiniz?
- İnşallah, görək də bu dəfə Allahın köməyi ilə necə olacaq. İnşallah, yaxşı olmalıdır.
- Hər halda, onu da nəzərə almalısınız ki, rəqib də həminki, yəni “Lex” “Nomme Kalyu” deyil...
- Əlbəttə. “Lex” yaxşı, Avropada tanınmış rəqibdir. Ancaq mən komandama inanıram. İnşallah, Polşada yaxşı oynamaq olar.
- Bu ölkədə baş məşqçi kimi ilk oyununuzu keçirəcəksiniz. Polşada, xüsusilə “Lex”in azarkeşləri çılğın dəstəyi ilə seçilir. Bu, komandanıza mənfi təsirini göstərə bilərmi?
- Yox. Əksinə, futbolçulara əlavə ruh yüksəkliyi verməlidir ki, çoxlu azarkeş qarşısında daha yaxşı oynasınlar.
- Təbii ki, ilk oyundakı səhvləri təhlil edib, nəticə çıxartmısınız. Polşada istəyinizə çatmaq üçün ilk növbədə hansı xətalara yol verməməlisiniz?
- İlk növbədə qol buraxmamalıyıq. Bilirsiniz, bizdə necədir? Futbolçularımız qol buraxandan sonra ruhdan düşürlər. Ancaq belə olmamalıdır. Bu, futboldur, hər şey ola bilər. Ola bilər ki, birinci onlar bizə qol vursun, yaxud tərsinə. Buna görə də axıra kimi oynamaq lazımdır.
- Evdə qol buraxdığınızdan, səfərdə mütləq rəqib qapısına yol tapmalıdır. Buna görə ilk dəqiqələrdən hücuma atılacağınızı demək olar?
- Biz qol vurmaq üçün ilk dəqiqələrdən hücuma atılmayacağıq. Buna seçdiyimiz taktika imkan yaracağıq. Qol vurmaq üçün imkan olmalıdır. Futbolda 90 dəqiqədə hələ şey elə olmayıb ki, qol imkanın olmasın. Sadəcə, bundan vaxtında istifadə etmək lazımdır.
- Futbolçularınız – Roberto Alvizlə Sadio Tounkaranın cəzalı duruma düşməməyi xeyrinizə olmalıdır...
- Bəli. Birdən-birə 2 futbolçunun yoxluğu komandanı çətin vəziyyətə sala bilərdi. Ancaq UEFA-nın yeni reqlamentinə görə futbolçu 2 yox, 3 sarı vərəqə alanda, cəza üzündən oyunu buraxdığından, Alvizlə Tounkara Polşada meydana çıxa biləcəklər.
- hücumçunuz Branimir Subaşiç “Xəzər Lənkəran”ın Avroliqada cari mövsümündə hər 3 oyununda qol vurub. Belə demək olar ki, əsas qol ümidiniz bu hücumçu olacaq?
- Elə olsun ki, Subaşiç Polşada da qol vursun. Bizdə hər bir futbolçu qol vura bilər. Mən hamısına inanıram. Ancaq hələ ki hər oyunda qol vuran yeganə futbolçumuz Subaşiçdir.
- Lənkərandakı oyunla müqayisədə əsas heyətinizdə dəyişiklik, qələbə qazanmalı olduğuna görə 2 hücumçu ilə meydana çıxacağınız gözlənilir?
- Bu, oyunun gedişindən asılı olacaq. Matçın gedişində hər şey dəyişə bilər.
- Artıq növbəti mərhələnin püşkü atılıb və potensial rəqibimiz AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibidir...
- Hələ ki bu komandalar haqda fikirləşirəm. Hazırda ilk növbədə “Lex”lə oyunu düşünürəm.
- Ancaq razılaşın ki, bu rəqiblərin hər ikisi münasibdir və “Lex”i keçəsiniz, son təsnifat mərhələsinə çıxmaq şansınız daha da artacaq...
- İnşallah. Hələ gərək birinci “Lex”i keçək, sonra bu haqda danışarıq.
Mehman SÜLEYMANOV

0
0