“Messi qol vuranda sevinir, Ronaldo isə şampun reklam edir”
23.07.2012 - 15:18
“Messi qol vuranda sevinir, Ronaldo isə şampun reklam edir”
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona həmyerlisi Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldonun müqayisəsini yersiz sayır. Apasport.az saytının məlumatına görə, millisinin sabiq baş məşqçisi bunu Messinin daha istedadlı və obyektiv güclü olmağı ilə əlaqələndirib.

Buna görə də Maradona “Barselona” ilə “Real”ın hücumçularının arasında “Qızıl top” uğrunda Messini favorit sayır: “Ronaldo heç vaxt Messi səviyyəsinə çıxmayacaq. Bəli, portuqaliyalının möhtəşəm zərbəsi var. Ancaq Messinin driblinqi daha dəyərlidir. O, sadəcə, topla düz qapıya kimi hərəkət edə bilər. Şəxsən mənim üçün vacib olan budur ki, Lionel qol vuranda sevinir, komanda yoldaşlarını, azarkeşləri və özünü alqışlayır, Kriştianu isə şampun reklamını etməkdə davam edir”.