“İnter”: çarter reysi ilə Afinaya, avtobusla Tripoliyə
23.07.2012 - 15:27
“İnter” Avroliqanın II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubu ilə oyuna Bakıdakı hazırlığı başa vurur. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” 1:1 hesabı ilə bərabərliyə qaldığı səfər matçına hazırlıq məqsədilə növbəti məşqini bu gün saat 19:00-da keçirəcək. Sabah isə komanda cavab matçının keçiriləcək Tripoli şəhərinə yollanacaq. “İnter” öncə çarter reysi ilə Yunanıstanın paytaxtı Afinaya, ardından avtobusla Tripoliyə gedəcək. Təmsilçimiz "Arkhontico Kaltezioti" otelində məskunlaşacaq.
Qeyd edək ki, "Asteras" - "İnter" matçı iyulun 26-sı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Asteras" - "İnter" matçı iyulun 26-sı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0