AZAL-dan 2 müqavilə
23.07.2012 - 17:49
AZAL-dan 2 müqavilə
AZAL bu gun iki futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Joze Junior Pereyra Aylton və Artur Patras ilə münasibətlərini rəsmiləşdirib.

Sonuncu klubu Macarıstan “Ferentsvaroş”u olan braziliyalı Ayltonun ampluası müdafiəçidir. Onunla 2 illik müqavilə bağlanılıb.

Moldovalı yarımmüdafiəci ilə isə 1 illik müqavilə imzalanıb. O, Moldova yığmasının oyunçusudur.