“Neftçi” Gürcüstanda uduzmadı – YENİLƏNİB
24.07.2012 - 22:51
“Neftçi” Gürcüstanda uduzmadı – YENİLƏNİB
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi” qarşısında qoyulan növbəti mərhələ adlamaq vəzifəsini yerinə yetirib.

Çempionumuzun evdə 3:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Zestafoni şəhərində eyniadlı komanda ilə cavab matçında buna nail olmaq çətin olmayıb. İlk hissənin ortalarında 2 qol buraxan bakılılar şoka düşməyərək tez də fərqi azaldıb. İkinci hissədə isə qonaqlar bərabərliyə nail olaraq Gürcüstandan məğlubiyyətsiz dönüb.

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu


24 iyul

“ZESTAFONİ” (GÜRCÜSTAN) – “NEFTÇİ” (AZƏRBAYCAN) - 2:2
QOL: Muciri, 16, Dvali, 19 - Vobay, 22, Sadqov, 52-p
Baş hakim: Artyom Kuçin (Qazaxıstan)
Zestafoni. David Abaşidze adına stadion
İlk oyun – 0:3

"ZESTAFONİ": 89. Roin Kvasxvadze (k), 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 9. Tornike Qorqiaşvili, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 10. David Muciri, 11. Caba Dvali, 80. Abayomi Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 4. Edik Sacaya, 8. Şota Babunaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri, 13. Aleks Benaşvili, 27. Luka Ququçiya.

"NEFTÇİ": 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 26. Kərim Diniyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.

Oyun başladı.
İlk hücum bakılılardan gəldi. Flavinyonun qarşısı kobudluqla alındı.
Qriqalaşvili bu dəfə Vobaya qarşı kobudluq etdi. Bertuççinin təhlükəli cərimə zərbəsindən qol gəlmədi.
Qriqalaşvili sarı vərəqə aldı.
Meydan sahiblərini Kvasnadze xilas etdi.
Flavinyo ofsaydda.
İndi də Dvali ofsaydda qaldı.
Muciri hesabı açdı.
O, Qorqiaşvilinin künc zərbəsindən sonra Seunun ötürməsini dəqiq zərbə ilə tamamladı.
Cəmi 3 dəqiqə sonra Dvali fərqi artırdı.
Lakin təmsilçimiz ardıcıl qollardan şoka düşməyib tez də fərqi azaltdı.
Bertuççinin ötürməsini Vobay qola çevirdi.
Kvasnadze İmamverdiyevin zərbəsini dəf etdi.
Flavinyo qol imkanını qaçırdı.
Muciri təhlükəli zərbə vurdu.
Seun ofsaydda.
Vobay künc zərbəsindən sonra təhlükə yarantdı.
Ardıcıl künc zərbələri fayda vermir.
Qriqalaşvili cərimə zərbəsi Mehdiyevin üstünə tuş gəldi.
Vobayin uzaq zərbəsində dəqiqlik çatmadı.
Flavinyonun zərbəsində dəqiqlik çatmır.
İlk hissə başa çatdı. Fasilə.

İkinci hissə başladı.
Mucirinin cərimə zərbəsi qapıdan aralı keçdi.
İmamverdiyevin künc zərbəsindən sonra qayda pozuntusu.
Dvali kobudluq etdi.
Sadiqovun təhlükəli cərimə zərbəsi hədəfə düşmədi.
Qriqalaşvili Flavinyoya qarşı qaydanı pozdu.
İmamverdiyev penalti qazandı.
Ona qarşı qayda pozuntusu edən Qonqadze sarı vərəqə ilə cəzalandı.
Sadiqov penaltidən bərabərlik qolunu vurdu.
Seunun əvəzinə Benaşvili meydana çıxdı.
Mentesaşvilinin kobud oyununa görə Vobay cərimə zərbəsi qazandı.
Aptsiauri Qorqiaşvilinin əvəzinə meydana daxil oldu.
Bakılılardan növbəti həmlə də fayda vermədi.
Qonaqlar qələbə qazanmaq üçün çalışır.
Seyidov İmamverdiyevi əvəzlədi.
Abdullayev meydana daxil oldu. O, Vobayı əvəzlədi.
Qriqalaşvili qol imkanı əldə etdi.
Rauf xilas etdi.
Emin Mehdiyev meydana daxil oldu. O, Sadiqovu əvəzlədi.
Oyun başa çatdı - 2:2.