Türkiyədə ilk sınaq
24.07.2012 - 09:44
2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" klubu bu gün qonşu ölkədə ilk yoxlama görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandanın rəqibi 1-ci liqada mübarizə aparan "Kayseri Ərciyəsspor" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha iki yoxlama oyunu keçirəcək. İyulun 26-da "Kayserispor"la üz-üzə gələcək Bernhard Raabın komandası iyulun 28-də "1461 Trabzon" klubunu sınağa çəkəcək.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha iki yoxlama oyunu keçirəcək. İyulun 26-da "Kayserispor"la üz-üzə gələcək Bernhard Raabın komandası iyulun 28-də "1461 Trabzon" klubunu sınağa çəkəcək.
0
0