Zurab Mamaladze: “Neftçi” ilə oyunda möcüzə edə bilərik
24.07.2012 - 10:13
Zurab Mamaladze: “Neftçi” ilə oyunda möcüzə edə bilərik
“İlk növbədə Bakıda aldığımız məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstanın “Zestafoni” klubunun qapıçısı Zurab Mamaladze deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə bu gün keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb: “Lakin həmin məğlubiyyət arxada qalıb. Hələ ki, mərhələ keçməyə ümidimiz var. İnanıram ki, biz birlikdə möcüzə edə bilərik”.