“Xəzər Lənkəran”ın rəqibi məğlub oldu
24.07.2012 - 10:53
“Xəzər Lənkəran”ın rəqibi məğlub oldu
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi avrokubokun cavab oyunundan 3 gün əvvəl Kiprin “Olimpiakos” klubu ilə matçda qüvvəsini sınayıb. “Lex” bu görüşdə 1:3 hesabı ilə uduzub. “Xəzər Lənkəran”ın rəqibinin yeganə qolunu Berejinski vurub. O, 56-cı dəqiqədə hesab 0:1 olarkən fərqlənib.