“Xəzər Lənkəran”la oyun öncəsi imzalanan 4 illik müqavilə
24.07.2012 - 11:58
“Xəzər Lənkəran”la oyun öncəsi imzalanan 4 illik müqavilə
Avroliqada “Xəzər Lənkəran”ın rəqibi olan “Lex” qapıçısı Jasmin Buriçlə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Lənkərandakı səfər matçında 90 dəqiqə dayanan qapıçı ilə anlaşma 4 illik uzadılıb. Bununla da qapıçı 54 oyun keçirdiyi “Lex”in lənkəranlılarla iyulun 26-da evdəki cavab matçı öncəsi böyük stimul alıb.

Poznan klubunun Direktorlar Şurasının üzvü Petr Rutkovski Jasminin 2009-cu ildən komandada olduğu müddətdə münasibətindən razı qaldığını bildirib: “O, təcrübəli qapıçımız Kşiştof Kotorovski ilə rəqabət aparır və məşqlərdə gərgin əmək sərf edir. Busmin öz ustalıq səviyyəsini artırmaq üçün hər şey edir. Buna görə də onunla müqaviləni 4 illiyə artırmağa qərar verdik”.